Rusiya Federasiya Şurası “Facebook”un qurucusu və rəhbəri Mark Zukerberqi öz plenar iclaslarından birinə dəvət edib.

Bakıxəbər.az -ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

“Mən hesab edirəm ki, Zukerberqin Federasiya Şurasına dəvət olunması barədə təklif diqqətəlayiqdir. Bu mövzu hazırda fövqəladə dərəcədə önəmlidir. O, gələ bilər, ya yox, bu, ikinci məsələdir, lakin mən iclaslarımızın birinə onun dəvət olunması təklifini dəstəkləyirəm. Artıq təlimat verdim və dəvətnamə göndərdik. Onun gəlişini təşkil etməyə çalışırıq”, – deyə V. Matviyendko söyləyib.

Xatırladaq ki, M. Zukerberq istifadəçi məlumatlarının sızması ilə bağlı qalmaqalla əlaqədar ABŞ Konqresində və Avropa Parlamentində ifadə verib.