Dünya TV-nin efirində  “Azəri inciləri” vokal qrupunun solisti Sübhan Hüseynlinin  ifasında səslənən “Sahildə yalqızam mən” mahnısının yaratdığı  xoş təəsüratlarla musiqinin  bəstəkarı Sevinc xanım  Tofiqqızı ilə hisslərimizi bölüşmək qərarına gəldik.   Sevinc Tofiqqızı  bir sıra müğənnilərə (Aslan Hüseynov, Flora Kərimova,Gülyanaq Məmmədova,Manana Caparidze, və s.) mahnılar bəstələyib..
“Sahildə yalqızam mən” mahnısının sözləri  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova məxsusdur.
Sevinc xanım “inpa.az”-a açıqlamasında bildirib ki, yaradıcılıq planlarında ustad Aşıq Şəmşirin şerlərinə müraciət edərək     yeni albom hazirlamaq niyyətindədir. Bəstəkar Aşıq  Şəmşir  qaynağından bəhrələnən Cavid Qurbanovun şerlərinə də bir çox musiqilər bəstələyib və kliplər çəkdirib.