Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1989-cu il təvəllüdlü Ramilə Əliyeva dekabrın 1-də yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Bakıxəbər.az xəbər verir ki, R.Əliyeva evdən çıxarkən əynində qara rəngli şalvar və boz gödəkçə olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə və ya Zaqatala Rayon Polis Şöbəsinin 024-225-26-99 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Şövkət Hüseyinova