Afina yaxınlığında güclü meşə yanğını nəticəsində azı 26 nəfər həlak olub, çox sayda insan  yaralanıb.

Bakıxəbər.az -ın xəbərinə görə, bu barədə SKAI telekanalı məlumat verib.

Ölkənin təcili tibbi yardım Milli mərkəzinin rəhbəri Qeorqiaso Matiopulosun sözlərinə görə, iki nəfərin meyiti xilasedicilər tərəfindən paytaxtdan şimal-şərqdə yerləşən dəniz kurortlarında aşkar ediblər.

Bildirilir ki, güclü külək yanğının söndürülməsinə daha da çətinləşdirib.