Yevlax rayonunda baş verən silahlı insident nəticəsində yaralanan şəxsin adı məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Rəşid Rövşən oğlu Həsənov ayağından güllə yarası alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı “təcili yardım” maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


*** 11:17

Yevlax. 25 fevral. REPORT.AZ/ Yevlax rayonunda silahlı insident olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində qeydə alınıb.

Belə ki, hələlik adı məlum olmayan yerli sakin ayağından güllə yarası alıb.

Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.