İlkin proqnozlara görə, Yer kürəsinin fırlanmasının sürətlənməsi ilə əlaqədar cari il 2020-ci ildən daha qısa olacaq.

Bakixeber.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın Yer kürəsinin fırlanması vaxtının, tezliyinin və parametrlərinin təyinatı üzrə dövlət xidmətinin daxil olduğu Ümumrusiya Fiziki-texniki və radiotexniki ölçülərin elmi tədqiqat institutunda bildiriblər.

“İlkin proqnoz üzrə bəli (daha qısa olacaq – red.), amma yalnız Yer kürəsinin fırlanmasının sürətlənməsinin indiki göstəricilərinin saxlanılması şərti ilə”, – institutda deyiblər.

Beləliklə alimlər bir sıra KİV-lərdə 2020-ci ildə Yer kürəsinin fırlanmasının sürətlənməsi ilə əlaqədar 1960-cı ildən birdən 28 ən sürətli günün qeydə alınması, 19 iyulda günün rekord – 1,4 millisaniyə qısa olması, 2021-ci ilin daha qısa olacağının güman edilməsi barədə xəbərləri şərh ediblər.

 Şölə Beyləqanlı (Hüseyinova)