Yerevanda Dövlət Universitetinin (YDU) tələbələri rektor Aram Simonyanın istefasını tələb edirlər.

Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.

Tələbələr hesab edirlər ki, rektorun rəhbərlik etdiyi YDU-nun Himayəçilik Şurası onların tələblərini nəzərə almır və universitetin inzibati idarəetməsi ilə bağlı vəziyyəti düzəltmir.

Onların sözlərinə görə, şura bir sıra mövcud problemləri həll etmir. Bu baxımdan, onlar şura rəhbəri kimi rektora etimadsızlıqlarını bildirəcəkləri Himayəçilik Şurasının növbədənkənar sessiyasının keçirilməsini tələb ediblər.

Qeyd edək ki, ötən həftə YDU əməkdaşları Ermənistan hökumətinin elmi laboratoriyaların maliyyələşdirilməsi üçün tenderlərin keçirilməsinə dair qərarına qarşı etiraz aksiyası keçirib.