Bakının Yasamal rayonundakı əməliyyat zamanı saxlanılan Ayxan Həsənlinin bacısı Aydan Həsənli videomüraciət yayıb.

“Report”un xəbərinə görə, Aydan Həsənli videomüraciətdə bildirib ki, baş vermiş hadisələrlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya şikayət ediblər:

“Biz təşəkkürümüzü bildiririk ki, bizim şikayətimizə baxıldı və lazımi tədbirlər görüldü. Polis əməkdaşlarımıza da təşəkkürümüzü bildiririk ki, bizə lazımi hər cür kömək göstərildi”.