Yaponiyanın yeni imperatoru Naruxitonun ilk qonağı ABŞ prezidentiDonald Tramp ola bilər.

Bu barədə “Report” “Asaxi” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, Naruxito gələn ilin 1 mayında taxta çıxacaq. Qəzet bildirib ki, Yaponiya hökuməti 2019-cu ilin may-iyun aylarında ABŞ prezidentinin bu ölkəyə səfərinin təşkilatçılığı üzərində işləyir.

Səfər çərçivəsində Ağ Ev rəhbərinin imperatorla, həmçinin baş nazir Sindzo Abe ilə görüşü planlaşdırılır. Qeyd edək ki, Yaponiya imperatoru Akixito 2019-cu il aprelin 30-da taxt-tacdan oğlunun xeyrinə imtina edəcək. “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Sindzo Abe bildirib.

O, tacını varis şahzadə, 57 yaşlı Naruxitoya təhvil verəcək. İmperator xərçəng xəstəliyindən müalicə olunur.