2019-cu ildə Yeni Azərbaycan Partiyasına (YAP) dövlət büdcəsindən ayrılan vəsait bəlli olub.

“Report”un xəbərinə görə, 2019-cu ilin dövlət büdcəsindən YAP-a 1 milyon 359 min 260 manat vəsait ayrılıb.

Bundan əlavə, partiyaya üzvlük haqqlarından isə 9 309 025 manat vəsait daxil olub.