İranda 8 İŞİD terrorçusu edam cəzasına məhkum edilib.B

Bakıxəbər.az xəbər verir ki, bu barədə Tehran İnqilab Məhkəmələrinin sədri Qəzənfər Abadi danışıb.

Məhbusların 20 gün ərzində apellyasiya şikayəti verə biləcəyini qeyd edən Abadi digər 18 məhkumun da mühakimə proseslərinin davam etdiyini bildirib.

Xatırladaq ki, İranda 7 iyun 2017 tarixində Milli Məclisdə və Xomneyinin qəbri üstündə baş verən terror hücumları zamanı 17 nəfər həlak olmuşdu.