Xəyalə Əhmədova Bərdə rayonun Qayalı kənd sakinini sevindirdi.

2016-cı ildən qaz ödənişini ödəyə bilmədiyindən evində qazı olmayan Qayalı kənd sakini Seyid Əlinin bu gün sevincinin həddi-hidudu yox idi.
Bərdə 93 saylı seçki dairəsindən namizəd Xəyalə Əhmədova şəxsi vəsaiti hesabına 5 uşaqlı aztəminatlı ailənin qaz borcunu ödədi və 4 ildən sonra Seyid Əlinin evində mavi qaz yandı.

Hər zaman xeyriyyəçiliyi ilə tanınan, imkansız ailələrin sosial təminatının yaxşılaşması üçün əlindən gələn bütün imkanlardan istifadə edən, atılmış qocalara, valideyn himayəsindən uzaq düşmüş uşaqlara dəstək olan Xəyalə Əhmədovanın bu addımı bütün kəndin sevincinə səbəb oldu.