Azərbaycan Prezidenti İlham Əliyev Razim Məmmədovun Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bakıxəbər.az xəbər verir ki, sərəncama əsasən, Razim İsa oğlu MəmmədovBakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, R.Məmmədov 2006-cı ilin sentyabrın 26-da Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu.