Bakı şəhəri, Xətai rayonunda yerləşən çay evi kimi fəaliyyət göstərən tikilidə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən Bakıxəbər.az-ın məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.