“Wikileaks” portalının təsisçisi Culian Assanj baş redaktoru vəzifəsinə islandiyalı jurnalist Kristinn Hrafnssonu təyin edib.

Bakıxəbər.az xarici KİV-ə istinadən xəbər verir ki, K.Hrafnsson daha əvvəl portalın rəsmi nümayəndəsi olub və hüquqi layihələrini həyata keçirib. C.Assanj isə portalın naşiri olaraq qalır.