İyulun 28-də Avstriyanın paytaxtı Vyanada İranın nüvə məsələsi ilə bağlı razılaşmaya dair fövqəladə toplantı keçiriləcək.

Bakıxəbər.az Türkiyənin “NTV” televiziyasına istinadən xəbər verir ki, toplantıya ABŞ istisna olmaqla, Avropa İttifaqı, Almaniya, Böyük Britaniya, Rusiya və Çinin rəsmi təmsilçiləri qatılacaq.

İclasda Avropa İttifaqını xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini təmsil edəcək.

Toplantıya Avropa İttifaqının xarici əlaqələr xidmətinin baş katibi Helqa Mariya Şmid sədrlik edəcək.

Yığıncaqda 2015-ci ilin iyulunda “altılıq” ölkələri və Avropa İttifaqı ilə İran arasında imzalanmış Əhatəli Razılaşma Planı müqaviləsi ətrafında yaranmış böhrandan çıxış yolları müzakirə ediləcək.

Qeyd edək ki, ABŞ bu müqavilədən çıxıb. İran da beynəlxalq vasitəçiləri anlaşmanı tərk edəcəyi ilə hədələyir.