“Rusiya öz daxili imkanlarına söykəndiyi üçün koronavirus epidemiyası təhlükəsinə layiqincə cavab verib”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin pandemiyadan əziyyət çəkən iqtisadi sahələrin nümayəndələri ilə video formatındakı görüşü zamanı bildirib.

“Biz zəruri dərəcədə öz texnologiyalarımıza, öz istehsalat bazamıza söykənə bildiyimiz üçün bu epidemiya təhlükəsinə layiqli cavab verməyi bacarmışıq”, – dövlət başçısı vurğulayıb.