“Pew Research Center” tədqiqat mərkəzi dünya liderlərinə beynəlxalq ictimaiyyətin etibarının dərəcəsini müəyyənləşdirən sorğusuna yekun vurub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, sorğunun yekununda dünyada ABŞ prezidenti Donald Trampla müqayisədə Rusiya prezidenti Vladimir Putinə daha çox etibar edildiyi məlum olub. O, 30 faiz respondent dəstəyi ilə ABŞ prezidenti Donalda Trampı (respondentlərin 27 faizi Trampa dəstək verib -red) üstələyib.

Sorğunun nəticələrinə görə, Almaniya kansleri Angela Merkel 52 faiz göstərici ilə birinci olub. İkinci və üçüncü yerləri Fransa prezidenti Emmanuel Makronla Çin lideri Si Çzinpin bölüşdürüblər.

Vladimir Putinin respondentlər tərəfindən dəstəklənməsinin səbəblərindən biri də onun dünya səhnəsində düzgün fəaliyyəti olub. Donald Tramp dünyanın ciddi problemlərinin nizamlanması ilə bağlı kifayət etməyən səylərdə ittiham edilib.