“Rusiya ilə Azərbaycan arasındakı münasibətlər uğurla inkişaf edir”.

Bakıxəbər.az Kremlin rəsmi portalına istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı deyib.

“Ticari-iqtisadi əlaqələr möhkəmlənir, ticarət dövriyyəsi ötən il 2,5 milyard dollar təşkil edib… Öz adımızdan bütün bu konkret layihələrin həyata keçirilməsini təmin etmək üçün əlimizdən gələni edirik. Hökumətlərarası komissiya bu istiqamətdə işləyir və məncə, olduqca inamla işləyir”, – deyə Rusiyanın dövlət başçısı vurğulayıb.