İspaniyanın “Vilyarreal” klubu “Qarabağ”la keçirəcəyi UEFA Avropa Liqasının VI tur matçına 2 itki ilə çıxacaq.

Bakıxəbər.az “Marca”ya istinadən xəbər verir ki, hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomes də zədə səbəbindən oynaya bilməyəcək. Hər iki futbolçu La Liqanın XI turunun “Real Sosyedad”la görüşündə zədələnib.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək “Vilyarreal” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Şövkət Hüseyinova