“Ötən ay Venesuelanın gündəlik neft hasilatı 1432 min barel təşkil edib”.

Bakıxəbər.az xəbər verir ki, bunu Venesuelanın neft naziri Manuel Kevedobildirib.

O deyib ki, mart ayına gəlincə, hələ başa çatmasına vaxt var, baxarıq.

Nazir əlaqələrin daha də genişləndiyini, Rusiyanın energetika naziri Aleksandr Novakla gələn ayın əvvəllərində Moskvada görüşmək barədə razılıq əldə etdiklərini söyləyib: “Moskvada “Petroleos de Venezuela”nın törəmə şirkətini açmağı nəzərdə tuturuq”.