REPORT.AZ/ Venesuelada hazırkı Prezident Nikolas Maduroya qarşı kütləvi etirazların başlanmasından bəri 850-dən çox adam saxlanılıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Həmçinin aksiyalar zamanı ölənlərin sayının bu ana qədər azı 40 nəfər olduğu bildirilir.

Qeyd olunur ki, təkcə yanvarın 23-də Venesuelada son 20 ildə rekord sayda nümayişçi – 696 nəfər saxlanılıb.

Daha əvvəl ABŞ-ın Venesuela hökumətini gəlir mənbələrindən məhrum etmək niyyətində olduğu bildirilib.