Venesuelanın Bolivar ştatında fevralın 23-də baş vermiş iğtişaş zamanı 25 nəfərdən çox insan ölüb.

Bakıxəbər.az TASS-a istinadən xəbər verir ki, bunu deputat Romel Qusaman deyib.

“Fevralın 23-də Santa-Elena-de-Uayren rayonunda 25-dən çox adam ölüb”, – deyə o bildirib.

Deputatın sözlərinə görə, mülki əhalinin etirazlarının yatırılmasında Milli Qvardiya döyüşçülərinin uniformasını geyinən dustaqlar iştirak ediblər.