Venesuelanın Suliya ştatının Kabimas şəhərində naməlum şəxslər helikopterdən nümayişçilərə atəş açıb.

“Report”un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə yerli VPI telekanalı məlumat yayıb.

Yayılan videogörüntülərdə helikopterin uçduğu və oradan vətəndaşlara atəş açıldığı əks olunub. Aksiya iştirakçıları bundan sonra dağılışıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdu. Xatırladaq ki, vətəndaşlar martın sonundan Karakasda eləcə də Venesuelanın digər şəhərlərdə  su və elektrik enerjisinin olmamasından narazılıq edirlər.