“İçərişəhərin qala divarları” mövzusunda susduq. Sonda gördük ki susmaq həqiqətən qızıl imiş.

Son günlər “dağılan qala divarları”, ”məhv olan tariximiz” movzularında çağırışlar edən müəyyən kütləyə elə özlərindən cavab gəldi.Məlum oldu ki “dağılan” mədəniyyətimiz yox reytinq xətrinə özünü “dağıdan” muəyyən auditoriyamız var.Paylaşılan söküntü görüntüləri təxribat idi bu təsdiqini tapdı. Problemimiz bu deyil biz cəmiyyət olaraq təxribata alışmışıq Problem təxribatı təbliğata çevirib insanlara “divarlara ağlamayın bizi seçin”, ”miting edək küçələrə çıxaq” təbliğatı və sonda fiaskoya uğramaqdır. “Biznes obyektləri və məhv olunan mədəniyyətimiz” mövzusuna gəlincə,tarixi məkanlardan turizm infrastrukturu kimi istifadə olunması mənəviyyatsızlıq,tamahkarlıq deyil dəyərləndirmədir. Bu tək Azərbaycana xas bir faktor deyil. İspaniyada bir zamanlar  Migel De Servantesinde yasadığı ev restoran kimi fəaliyyət göstərir və feodal əsilli kastiliyalı idalgoların nəticələri buna görə “mədəniyyətimiz məhv olur gəlin şəhərə yeni mer seçək”demir. Yaxud da Adolf Hitler və Tomas Edisson kimi məhşurların olduğu Fransa mədəniyyətinin simvolu sayılan Eyfel qulləsində belə “58 Tour Eiffel” ”le Jules Verne” ”Champange bar” kimi restoranalar var və bu  restoranlarına görə  Fransa müxalifəti heç kimi vandallıqda ittiham etmir və stadiona dəvət etmir. Qeyd edim ki, “İcərişəhər”də şəxsən mənim tanıdığım 30-dan çox məkan var. Nəzərə alsaq hər məkanın 10-15 nəfər arası personal heyyəti var, “sakinlər restoranların çoxluqundan narazıdır”, ”mədəniyyətimiz məhv edilir” kimi fikirlər yaratma ən azindan 30 vergi ödəyicisi sahibkarın, 300-450 nəfər vətəndaşın qazancınınn itirilməsinə çalışmaq kimə nəyi qazandırır anlamıram ancaq olsun. Əgər bütün bunlar kimlərəsə nufuz qazandıracaqsa olsun. Sahibkarla işçinin zərəri müxalifətin qazancı olsun……

Fərid Abdinov /AzTimes.az /