Bu gün azerbaycanrealligi.com saytında aşağıda göstərilən bir üzrxahlıqla rastlaşdıq.

“Hörmətli oxucular! 05-11-2018 tarixində saytımızda “Kərbəla ziyarətinə gedən gənc İraqda həbs olundu. Buraxılması üçün 6800 ABŞ dolları tələb olunur” başlıqlı yazı çap olunmuşdu. Sonradan bizə məlum oldu ki, bəzi informasıyalar bizə yanlış göndərilib. Buna görə saytmızın bütün oxucularından üzr istəyirik. Azerbaycanrealligi.com”

Təbii saytın öz oxuculardan üzr istəməsi bizi çox maraqlandırdı. Elə həmin saytda gedən iki yazı “Kərbəla ziyarətinə gedən gənc İraqda həbs olundu. Buraxılması üçün 6800 ABŞ dolları tələb olunur” , “Azerbaycanrealligi.com məhkəməyə verildi, 10 000 min AZN təzminat tələb olunur. Dəyanət Babayev: “Salam Tur” sifarişlə məhkəməyə müraciət edib” və dərc edilmiş üzrxahlıq bütün baş vermiş hadisənin daha düzgün analiz edilməsinə şərait yaradır.

Jurnalistikadan xəbəri olmayan insanlar yoxlamadan xəbər hazırlıyır və saytda dərc edirlər. Bu zaman qarşı tərəfin fikirləri onları heç maraqlandırmır. Şirkət və ya vətəndaş onlara yanlış informasiyanı saytdan silməyə çağıranda isə bizi təhdid edirlər deyə haray qışqırıq salırlar.

Görəsən şirkət məhkəməyə müraciət etməsəydi üzrxahlıq saytda dərc ediləkdi? Yəqin ki, yox. Sayt rəhbərliyi yəqin ki, hələ də özünü haqqlı sayır. Axı o təkcə “bütün oxucularından” üzr istəyir. Şirkətin nüfuzuna vurduğu ziyan saytın heç yadınada düşmür.

Bu da bizim Azərbaycan reallığı…