Şər yeni qarışırdı. Hava dumanlı idi , narın-narın yağış yağırdı. Bəzi evlərin çırağı
söndürülmüş, əl-ayaq çəkilmişdi. Məni tənhalıq darıxdırırdı. Havanın dumanlı
olmağına baxmayaraq, pençəyimi geyinərək sahilə doğru yavaş-yavaş irəlilədim.
Sahilin mehi məni dərin xəyallara aparmışdı. Aradan bir neçə saat keçmişdi.
Dumanlı, çiskinli hava getdikçə bərk yağışa çevrilirdi. Şər tam qarışmışdı, evə
doğru gəlirdim. Bir anlığa ağacların arasından, hıçqırtı səsi eşidildi. Oyan-buyana
boylanaraq bu səsin haradan gəldiyini dinliyirdim. Bir az sonra ağacların arasında
bükülərək başını dizlərinə söykəyib, hıçqırtı ilə ağlayan qıza yaxınlaşdım. Onun
qıvrılaraq soyuqdan titrədiyini görəndə bütün vücudumu soyuq tər basdı, elə bil
bütün dünyanı başıma yıxdılar. Asta-asta ona yaxınlaşıb, xəbəri olmadan
pencəyimi onun çiyninə saldım.
Bütün paltarı islanmışdı, soyuqdan dili kəkələyirdi. Əlindən tutaraq ayağa
qaldırdım, başını tumarlayaraq evə doğru gəldim. Sobanı yandırdım, çay istidib
ona isti çay verdim, canına çökmüş soyuğun havasını almağa çalışdım, onun
qırışmış vücuduna baxanda məni qəhər basırdı. O ayağa qalxaraq odun sobasının
yanına yaxınlaşıb, vücudunu isitməyə çalışır, əllərini ovuşdurur, iki əlini qoynuna
qoyub yığcam halda sobanın yanında qıvrılıb dərin fikrə daldı. Yağışın şiddətli
yağmağı, pəncərənin taqqıldadır, onun gözünü, fikirini, taqqıltıya yönəldirdi. Hiss
edirdim ondakı dərin düşüncəni…
Mən sobanın yanına yaxınlaşıb, onunla üz-üzə oturub çay içməyə başladım, onu
sual atəşinə tutmaq istəyirdim, ancaq bilmirdim ki, nədən başlayım. Bir neçə
qurtum çay içmişdik ki, soruşdum isinmisən, üzümə baxaraq gülümsədi, gözüm
yaşla doldu, özümü güclə saxladım, içimdə boğulurdum, dəhşət idi o an hisslərim.
– Adınız nədir?
– Azər!
– Bəs sizin? – dinmirdi, susurdu.
Qəmgin gözlər, soyuqdan qırışmış üz məni çox məyus etmişdi, hiss edirdim
boynundakı yükü.
Aram-aram danışırdıq, danışdıqca təkrar sual verirdim, ismin nədir? Fikirimdən
yayındırmaq istəyirdi, nədənisə adını bildirmək istəmirdi, buna baxmayaraq mən
israr edirdim, adın nədir? Bahar!
Bahar siz niyə, cisginli, dumanlı havada bükülərək məyus halda, hıçqıra-hıçqıra
ağlayırdınız?

Mən körpə olanda atam, anam yol qəzasında dünyasını dəyişib. Atam yazıçı, anam
şairə xanım olub, hər ikisi Ədəbiyyat müəllimi idi, vaxtsız əcəl hər ikisini məndən
ayırıb. Nənəmin himayəsində yaşayırdım, ağbirçək nənəm təqaüdlə mənə baxırdı.
Artıq bir neçə ildir ki, o da dünyasını dəyişib, kimsəsizəm.
Baharın acı taleyi məni bir anlıq uşaqlıq xatirələrimə yönəltdi, ailəmdə atam
dünyasını dəyişib, anamla yaşayıram. Uşaq olarkən, mən də Bahar kimi yağışda
islanmış, acılı xatirələrim olub, bağcanın qarşısında anamı gözləyərdim, dumanlı,
cisginli havalarda, ağaclara qısılardım.
Çox illər keçib, çox, indi ali məktəbdə işləyirəm.
Baharla söhbətimiz gecə yarısına kimi olub, xəbərim olmadan odun sobasının
yanında yuxuya dalmışam.
Dan yeri yeni sökülmək istəyirdi, azan səsi məni qəflət yuxusundan oyatdı,
gözümü açanda tək pencəyimin qıvrılmış halda üzərimə atıldığını gördüm. Odun
sobası sönmüş, məni Baharın soyuq təri bürümüşdür. O, yox idi, odun sobasının
yanından evi tərk etmişdir.
Bir neçə gündən sonra onun intihar etməyini mediada oxudum. Çox sarsıldım.
Pencəyimi çiynimə atıb, onun məzarını axdarmağa çalışdım, çətinliklə olsa da tapa
bildim, o an özümdə deyildim, gözlərim dolub, içərim isə hönkürürdü, həyacandan
boğulan kimiydim. Qəmgin və soyuq məzarı görəndə içərimdən qəribə gizilti
keçir, düşünürdüm ki, biranlığa o məzar mənim məzarımdır, soyuq tənha məzar.
Addım-addım, ağrı-acı kəsə-kəsə, yaxınlaşdım məzar daşına, Dərdin, qəmin
ağırlığı üstümə çökmüş halda məzarın başına dolanıram. Baharın intiharı məni çox
sarsıtmışdı. Axund QURAN oxuduqca məni qəhər basır, göz yaşım damla-damla
yanağımdan ətəyimə tökülürdü. Hava cisginli, narın-narın yağış yağırdı, şarpım
islanmışdı, islanmış şarpımla məzar daşının üzərini silib, pencəyimi baş daşının
çiyninə salaraq onunla vidalaşdım. Vidalaşıb məzardan ayrıldım. Məzarlıqdan
çıxanda qoruyucunu görürəm, düz qapının yanında dayanıb. Mənimlə salamlaşır,
ondan soruşuram ki, siz hər günmü burda olursunuz? Yaşlı qoruyucu təəccüblə və
qəribə heyrətlə deyir:Bəli. Nə olub ki? Əlimlə Baharın məzarını nişan verirəm ki, o
məzardan müğayat ol! Gözlə o qəbir-məzarı! deyib tərk edirəm məzarlığı.
Məndən Baharın, məzar daşına tək pencəyim hədiyyə qaldı.
Üşütməz pencəyim məzar daşını…

Azər Allahverdiyev