Ukrayna Ali Radasının insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova ölkə başçısı Petr Poroşenkonun çıxışı zamanı huşunu itirərək yıxılıb.

Bakıxəbər.az xəbər verir ki, hadisənin videogörüntüləri ICTV telekanalında yayımlanıb.

Ukrayna prezidenti bu zaman dünyanın Kerç boğazında baş verən hadisəyə reaksiyasından danışırmış. Lakin o, Denisovaya kömək etmək üçün çıxışını dayandırmağa məcbur olaraq studiyanı tərk edib.

Tribunaya qayıdan dövlət başçısı deyib ki, ombudsman Ukrayna dənizçilərini azad etmək üçün həftədə 20 saat işləyir. Denisovaya mütəxəssislər tibbi yardım göstərib.