Ukrayna hökuməti koronavirus epidemiyasının kəskinləşməsilə bağlı ölkədə fövqəladə vəziyyət rejiminin müddətini 31 dekabr tarixinədək uzadıb.

Bakıxəbər.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Nazirlər Kabineti ölkə ərazisində 31 oktyabr tarixinədək fövqəladə vəziyyət tətbiq olunmasına dair mart ayının 25-də çıxardıqları qərarın müddətini müvafiq şəkildə uzadıb.

Qeyd edək ki, bundan əvvəl Ukrayna hökuməti karantin rejimini 31 dekabr tarixinədək uzadıb, habelə “qırmızı təhlükə” zonasına 68 yaşayış məntəqəsindən əlavə, daha 100 yaşayış məntəqəsi daxil edib.

Koronavirus pandemiyası başlayandan bu yana ölkədə 363 075 nəfər yoluxub, bunlardan 6 755 nəfər ölüb, 148 642 nəfər də sağalıb.

Şövkət Hüseyinova