Ukraynanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar onların özlərinə mənfi təsir göstərdi.

Bakıxəbər.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, politoloq Nikolay Pyotr deyib.

“2014-cü ildən bu yana Kiyev rəhbərliyi birbaşa qaz alışından imtina etməklə, Rusiyanın bank və ödəniş sistemlərinə qarşı sanksiyalar tətbiq etməklə, sosial şəbəkələri və telekanalları bloklamaqla, iki ölkə arasında hava əlaqəsini qadağan etməklə Moskvaya qarşı bir sıra məhdudlaşdırıcı tədbirlərə əl atdı. Lakin Ukrayna sanksiyalarına tuş gələn şirkətlər hələ də uğurla fəaliyyətlərini davam etdirirlər. Burada mənfi təsiri yalnız indi daha çox pul xərcləməyə məcbur olan sadə ukraynalılar hiss etdi. Rusiya Ukraynanın əsas investoru olaraq qalır. Ukrayna hökumətinin öz qonşusu ilə ticarət əlaqələrinin normallaşmasına imkan vermək istəmədiyi bir dövrdə onların hesablarında praktiki olaraq maliyyə vasitələri qalmayıb”, – ekspert bildirib.