Ukraynanın Mərkəzi Seçki Komissiyası Vladimir Zelenskini rəsmən prezident seçkisinin qalibi elan edib.

Bu barədə Bakıxəbər.az “RİA Novosti”yə istinadən xəbər verir.

“2019-cu il aprelin 21-də keçirilən ikinci səsvermənin nəticələrinə görə, Prezidentliyə namizəd Vladimir Zelenski Ukrayna prezidenti seçilib”, – MSK rəhbəri Tatyana Slipaçuk iclasda bildirib.

Onun sözlərinə görə, V.Zelenski ikinci turda səslərin 73,22%-ni, hazırkı Prezident Petro Poroşenko isə yalnız 24,45%-ni toplayıb.