44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki,iqtisadi cəhətdən güclü
dövlət hər sahədə,o cümlədən hərb meydanında da uğur qazanır.Məhz bu
baxımdan təməli Ulu Öndər tərəfindən qoyulan Azərbaycanın iqtisadi
siyasətinin sonrakı 17 il ərzində də Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi istər hərb meydanında,istərsə
də diplomatik arenada Azərbaycanın qələbəsinə gətirib çıxardı.
Bəli,Ali Baş Komandanın da vurğuladığı kimi Azərbaycan qələbə ilə bu zəfər
yürüşünü başa vurdu.Qarşıda isə artıq təməli qoyulan bərpa-quruculuq işləri
başlanıb.Bu nöqteyi-nəzərdən işinin bu gərgin vaxtı dövlətimizin başçısı hər
sahəyə ,xüsusilə də sosialyönümlü proektlərin həyata keçirilməsinə birbaşa
nəzarət edərək,xüsusi diqqət ayırmaqdadır.
Bunun bariz nümunəsidir ki, yanvarın 18-də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında “Azərsulfat”
MMC-nin sulfat turşusu istehsalı,”Glassica”QSC-nin şüşə tara məhsullarının
istehsalı zavodlarının təməlqoyma mərasimində iştirak etmiş,”Azerfloat”QSC-nin
termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisələrinin açılışını həyata
keçirmişdir.
Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı dövlət başçımızın iqtisadiyyatımızın
şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biridir.Bu baxımdan mövcud
təbii və iqtisadi resursların istehsala cəlb edilməsi,qabaqcıl texnologiyaların daha
geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Danılmaz faktdır ki, ölkəmizdə sənayeləşmə siyasəti uğurla inkişaf etdirilərək
yüzlərlə müasir sənaye müəssisəsi,yeni istehsal sahələri yaradılaraq yerli
məhsullar hesabına daxili tələbatın ödənilməsinə nail olunur,ixrac imkanları
genişlənir.
Bütün bu proseslər neft-qaz amilindən asılılığın daha da azaldılmasına
,rəqabətyönümlü sənayenin inkişafına və həmçinin əhalinin məşğulluğunun
artırılmasına yeni imkanlar açır.
Məhz bu uğurlu iqtisadi siyasətin nəticəsində “Azərsulfat”MMC-nin “sulfat turşusu
istehsalı” layihəsi çərçivəsində tikiləcək zavodun investisiya dəyəri 6 milyon ABŞ
dollarıdır.İl ərzində zavodda 20 min ton məhsul istehsalı nəzərdə tutulur. Bu
ilin,yəni 2021-ci ilin sonunda fəaliyyətə başlayacaq zavodda 30-dan çox iş yeri

yaradılacaqdır.Həmçinin zavodun məhsullarının növbəti mərhələlrdə Gürcüstana
və Rusiyaya ixrac edilməsi də planlaşdırılır.
Bu baxımdan bu müəssisələrin yaradılmasının və inkişaf etdirilməsinin çox böyük
əhəmiyyəti vardır.
Bildiyimiz kimi Sumqayıt əvvəllər ekoloji fəlakət zonası idi.Prezidentimizin uğurlu
iqtisadi siyasəti nəticəsində isə Sumqayıt hazırda nəinki Azərbaycanın, həmçinin
Cənubi Qafqazın da ikinci böyük sənaye şəhərinə çevrilmişdir.Son illər burada
yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara uyğunlaşdırılmışdır.
Məqaləmi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışından
bir parça ilə yekunlaşdırmaq istərdim,çünki dövlət başçımız hər zaman olduğu kimi
bu dəfə də hər birimizin sanki ürəyindən xəbər verən fikirləri dilə gətirdi:
Müharibə başa çatdı,müzəffər Ordumuz müharibədə qələbə çaldı,düşməni
məğlub etdi.Azad olunmuş torpaqların bərpası üçün əlimizdən gələni
edəcəyik.Hər gün mənim işimin əsas hissəsi buna həsr olunur.Ancaq digər
ərazilərin inkişafı da heç vaxt yaddan çıxmayacaq,Azərbaycan xalqı buna əmin
ola bilər .Əminəm ki,biz bu ili də uğurla başa vuracağıq,daha güclü Azərbaycan
quracağıq.
“Demokratik İnkişafın Təşviqi“İB-nin
sədri ,
hüquqşünas Çingiz Dadaşov .