Ucarda naməlum avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın yerli bürosunun xəbərinə  görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

Gecə saatlarında naməlum avtomobil 30-35 yaşlı, hələlik kimliyi məlum olmayan kişini vuraraq hadisə yerindən qaçıb. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı  araşdırma aparılır.