Türkiyə Xarici İşlər Nazirliyi Rusiyada yeni səfir təyin edib.

Bakıxəbər.az-ın “Anadolu” Agentliyinə istinadən verdiyi xəbərə görə, sözügedən ölkədə 2016-cı ildən etibarən çalışan Hüseyn Diriözün əvəzinə XİN-nin Konsulluq Xidmətinin başçısı Mehmet Samsar təyinat alıb.

Qeyd olunur ki, əvvəllər M.Samsar Ukraynada səfir işləyib.