Azad Suriya Ordusunun keçmiş döyüşçüləri hökumət qoşunlarının tərəfinə keçərək, Dara bölgəsində döyüşlərə cəlb olunublar.

Bakıxəbər.az xəbər verir ki, bu barədə “almasdarnews.com” portalı informasiya yayıb.

Məlumata görə, “Şəbab əs-Sünnə” briqadasından olan keçmiş ASO döyüşçüləri Yarmuk çayı hövzəsində İŞİD-ə qarşı vuruşmağa başlayıb.

Suriya hərbçiləri hökumət qoşunlarının tərəfinə keçənlərinin sayının 500 nəfər olduğunu açıqlayıb.