Türkiyənin Trabzon əyalətinin Yomra rayonunda yerləşən Avrasiya Universitetində yanğın olub.

Bakıxəbər.az “Haberler”ə istinadən xəbər verir ki, hadisə martın 12-də səhər saatlarında baş verib.

Tələblər və universitetin əməkdaşları binadan təxliyə edilib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Yanğının səbəbi araşdırılır.