ABŞ F-35 qırıcılarının Türkiyəyə tədarükünü dayandıracağı halda, rəsmi Ankara dərhal cavab tədbirləri görəcək.

Bakıxəbər.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” televiziyasına müsahibəsi zamanı deyib.

XİN rəhbəri gələn həftə ABŞ-a səfəri çərçivəsində bu məsələnin müzakirə ediləcəyini və F-35-lərin satışının ləğv edilməsinin qəbuledilməz olduğunu bildirib.

Xatırladaq ki, Ağ Ev Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri almasının F-35 qırıcılarının Ankaraya satışına təsir göstərə biləcəyini açıqlamışdı.