Türkiyə özünün beşinci nəsil qırıcılarını istehsal edəcək.

Bakıxəbər.az xəbər verir ki, “Təqvim” qəzeti yeni təyyarənin TF-X adlandırılacağını yazıb.

TF-X 2023-cü ildən etibarən istehsal ediləcək. Bunun üçün Türkiyə Britaniya ilə birgə çalışır.

Məlumata görə, bu təyyarələr Türkiyənin hazırda arsenalında olan F-4 və F-16 qırıcılarını əvəzləyəcək.

Qeyd edək ki, Türkiyə arsenalındakı təyyarələri F-35-lərlə yeniləməyə çalışır. Razılaşmaya görə, Ankara ABŞ-dan 100 ədəd F-35 almalıdır. Türkiyənin Rusiyadan S-400 sistemləri alması isə ABŞ narazılığına səbəb olub və nəticədə ABŞ Nümayəndələr Palatası F-35-lərin Türkiyəyə verilməsinin müvəqqəti dayandırılmasını istəyib. Vaşinqtonun bu addımı Türkiyənin Rusiya istehsalı olan beşinci nəsil Su-57 qırıcıları alması məsələsini gündəmə gətirib.