Türkiyənin Ağrıdağ əyalətinin Patnos rayonunda 4,4 bal gücündə zəlzələ olub.

Bakıxəbər.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası məlumat yayıb.

Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) isə zəlzələnin 4,2 bal gücündə olduğunu açıqlayıb.

Yeraltı təkanlar nəticəsində ölən, yaralanan və dağıntının olub-olmaması barədə məlumat verilməyib.