Türkiyənin Antalya əyalətinin Döşemealtı rayonunda 4,8 bal gücündə zəlzələ olub.

Bakıxəbər.az xəbər verir ki, bu məlumatı “ajanshaber” yayıb.

Bildirilib ki, yeraltı təkanlar 47 km dərinlikdə olub.

Təkanlar əhali arasında qısamüddətli vahimə yaradıb. Zəlzələ nəticəsində ölən, yaralanan və dağıntı olmayıb.