Türkiyə Böyük Millət Məclis Məclisinin səlahiyyətlərinə xitam verilən deputatları barədə məhkəmə tərəfindən həbs qərarı çıxarılıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Xalqların Demokratik Partiyasını (HDP) parlamentdə təmsil etmiş Leyla Güvən və partiyadaşı Musa Farisoğulları məhkəmənin qərarı ilə həbs olunublar. Onlar həbsxanaya göndəriliblər.