Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 14-də Azərbaycana gələcək.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunur ki, o, Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edəcək.