Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında yeni əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Bundan əvvəl KİV-lər Türkiyə aviasiyasının Suriyanın Haseke əyalətindəki PYD/YPG bölmələrinin bazasına zərbələr endirdiyini barədə məlumat verib.

“Suriyalıların təhlükəsizliyini təmin etmək üçün etibarlı bölgə və dəhlizin yaradılması zəruridir. Bu, bölgəmizin sabitliyinə və əmin-amanlığına töhfə verəcək. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı heç vaxt sərhədlərimizdə terror dəhlizinin yaradılmasına imkan verməyəcək” deyə nazirlik əlavə edib.