Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya problemi ilə bağlı üçüncü sammiti sentyabrın əvvəlində Tehranda keçiriləcək.

Bakıxəbər.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın danışıb.

“Astana prosesi çərçivəsində üçüncü sammit sentyabrın ilk həftəsində Tehranda baş tutacaq”, – Qalın bildirib.

Qeyd edək ki, Suriyada silahlı münaqişə 2011-ci ildə başlayıb