Türkiyə Silahlı Qüvvələri vəAzad Suriya Ordusu (ASO) Fəratçayının şərqində keçirəcəyi birgə antiterror əməliyyatının hazırlıq işlərini başa çatdırıb.

Bakıxəbər.az “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, anti-əməliyyatda 23-24 min hərbçivə Azad Suriya Ordusunun üzvləri iştirak edəcəklər. Bölgənin terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməsi ilk mərhələsi 2 aysürəcək. Bu mərhələdə terrorçuların işğalı altında olan 10 nöqtəyə giriləcək.

Fəratın şərqindəki anti-əməliyyatına ordu generalı İsmail Metin Temelkomandanlıq edəcək.

Əməliyyat nəticəsində 17 min kv. km-lik ərazinin terrorçulardan təmizlənməsi nəzərdə tutulub.

Vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun bu əməliyyatına mane olmaq üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri bölgəyə yeni bir heyət göndərib. Heyət ABŞ-ın Suriyadakı mülki və hərbi məsul şəxsləri, ərəb tayfalarının və terrorçu PKK qruplaşmasının dəstəbaşçıları ilə görüşüb. Onlar“Körfəz heyəti 3”  başlıqlı yeni fəaliyyət planı irəli sürüblər. Bu yol xəritəsinə əsasən, Suriyanın Haseke, Menbic, Rəsulayn, Tel-Abyad, Rakka və Kamışlı istiqamətində “peşmərgə” adlanan kürd silahlıları ilə birlikdə Körfəz dövlətləri və Misirdən gətiriləcək hərbçilər yerləşdiriləcək. Heyətin tərkibindəki Faruk əl-Maşi, Məhəmməd Bennavi və Əbu Adil adlı şəxslər terrorçu PKK başçıları ilə görüşdüklərini etiraf ediblər.

Bütün hazırlıqları başa çatdıran hərbçilər və ASO əməliyyatın başlaması əmrini gözləyir.

Qeyd edək ki, Türkiyə ABŞ-dan Fəratın şərqində yerləşən terrorçu PKK/YPG-PYD qruplaşmasını çıxarmasını istəyir.