Dekabrın 18-də Cenevrədə (İsveçrə) Astana prosesinin iştirakçısı olan ölkələr – Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında görüş keçiriləcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat və informasiya departamentindən bildirilib.

Qeyd olunub ki, görüşdə Suriyadakı münaqişənin siyasi yolla həlli və Konstitusiya Məclisi yaratmaq məsələsi müzakirə olunacaq.