Türkiyə Suriyanın İdlib bölgəsində vəziyyətin gərginləşməsi ilə əlaqədar İstanbul (Bosfor) və Çanaqqala (Dardanel) boğazlarını hərbi gəmilər üçün bağlamaq imkanını nəzərdən keçirir.

Bu barədə Bakıxəbər.az Türkiyə KİV-inə istinadən xəbər verir.

Bundan əlavə, Türkiyə Rusiya “S-400” sistemlərinin ölkə ərazisində yerləşdirilməsini də təxirə sala bilər.