“Azərbaycanın ərazi bütövlüyü təmin edilmədən Yerevanla Ankara arasında münasibətlərin normallaşması mümkün deyil”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin sədri Mətin GündoğduYeravnda jrunalistlərin Türkiyə-Ermənistan münasibtələrinin normallaşması ilə bağlı sualını cavablandırarkən bildirib.

O deyib ki, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına Dağlıq Qarabağ məsələsinin həlli baxımından yanaşmaq lazımdır: “Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla münaqişə həll edilmədən Yerevanla Ankara arasında münasibətlərin normallaşaması mümkün deyil. Bundan başqa, erməni diasporu münasibətlərin normallaşdırılmasını şərtləndirməməlidir”.

Qeyd edək ki, aprelin 16-da Yerevanda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının mədəniyyət, təhsil və sosial məsələlər üzrə komitəsinin 52-ci toplantısı keçirilib.