“Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə seçilir. Ölkədə qadınlarla bağlı əməli addımlar atılır. Türk xalqları qadınlara əvəzolunmaz varlıq kimi yanaşır”.

Bakıxəbər.az-ın xəbərinə görə, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) baş katibi Altınbek Mamayusupov Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər: “Üzv ölkələrdə gender bərabərsizliyi ilə normative hüquqi baza yaradılıb. Son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. Bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır”.