ABŞ prezidenti Donald Тramp 2020-cü ildə seçki kampaniyası zamanı 2 şüardan istifadə etməyi düşünür.

O, əvvəlcə 2016-ci ildə prezident kampaniyası zamanı istifadə etdiyi “Amerikanı yenidən möhtəşəm edək” şüarından bəhs edib.

2020-ci ildə seçki kampaniyası haqqında danışılarkən, Trampın “Amerikanın dahiliyini qoruyaq” şüarından istifadə edəcəyi istisna edilmir.

O, bildirib ki seçki kampaniyası zamanı ola bilsin ki hər iki şüardan istifadə edilsin.

Donald Trampın sözlərinə görə, 2020-ci ilin noyabrın 3-də keçiriləcək növbəti prezident seçkilərində heç bir rəqibi onun diqqətini çəkmir.